Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika Dövlət Elmi Tibb Kitabxanası

ELEKTRON KİTABLAR

    KİTABXANA HAQQINDA

    Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

    Respublika Dövlət Elmi Tibb Kitabxanası haqqında

    Kitabxananın açılma tarixi: 9 mart 1940-cı il

    Respublikada tibb elminin və səhiyyənin ilkin sənədlərlə və ikincili səviyyəli informasiya ilə təmin edilməsi məqsədilə bitkin bir sistem formalaşdırılmışdır. Bura ilk növbədə tibb kitabxanaları və elmi tibb informasiya bölmələri aiddir. Həmin təşkilatlar içərisində aparıcı mövqe Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Dövlət Elmi Tibb Kitabxanasına məxsusdur.

    Kitabxana səhiyyə müəssisələri sisteminə daxildir və Səhiyyə Nazirliyinin tabeliyindədir. Səhiyyə orqanlarının, elmi-tədqiqat və müalicə-profilaktika müəssisələrini xalqın sağlamlığı problemləri, sosial-gigiyena və səhiyyənin təşkili, klinik və profilaktik təbabət, sanitar-epidemioloji və səhiyyənin, tibb elminin digər problemləri ilə məşğul olan alim və mütəxəssisləri kitabxana-biblioqrafiya və informasiya ilə vaxtında təmin edir. Azərbaycan Respublikasında tibb kitabxanaları şəbəkələrinə təşkilatı-metodik rəhbərliyi və onların əlaqəli fəaliyyətini həyata keçirmək, elmi-təqiqat institutlarının, ali və orta tibb təhsil müəssisələrinin elmi tibbi informasiya şöbələrinin fəaliyyətinə metodiki və koordinasiyası üzrə rəhbərliyi həyata keçirir. Sahəvi depozitar kitabxana və tibb elminin aktual problemləri üzrə vahid sorğu-məlumat fondlarını təşkil edir.

    Tipoloji baxımdan xüsusi elmi kitabxana olan Respublika Dövlət Elmi Tibb Kitabxanası Azərbaycan SSR Xalq Komissarları Soveti tərəfindən 29 yanvar 1939-cu il tarixində qəbul etdiyi 5/386 saylı əmri əsasında yaradılmışdır. 9 mart 1940-cı ildə Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığının 156 saylı əmri ilə fəaliyyətə başlamışdır. Həmin əmrə əsasən, kitabxananın ilk direktoru Səmədova Məryam təyin olunmuşdur.

    Kitabxananın ilk fondu dövrün görkəmli həkim-alimlərinin hədiyyə verdikləri mənbələr əsasında formalaşmışdır. İlkin mərhələdə kitabxana üç kiçik otaqda yerləşmişdir. Kitabxananın 4 şöbəsi vardır: abonement, komplektləşdirmə, biblioqrafiya, xarici ölkələrin tibb ədəbiyyatı şöbəsi. Kitabxanada 2 ali təhsilli işçi fəaliyyət göstərirdi. Kitabxana öz fondunu SSRİ Dövlət elmi tibb kitabxanası, kitabxana kollektoru, kitab ticarəti ilə məşğul olan təşkilatlar hesabına komplektləşdirirdi.

    1941-ci il iyununda Xalq Maarif Nazirliyi müharibə dövründə kitabxanaların, qiraətxanaların, klubların və muzeylərin qorunub saxlanması, onların işinin yaxşılaşdırılması haqqında bir sıra göstərişlər vermişdir. Bu göstərişlər Azərbaycan Dövlət Respublika Elmi Tibb Kitabxanasına da şamil edilmişdir. Bu dövrlərdə kitabxana alimlərin müharibə haqqında fikiləri, müharibənin xarakteri, sovet xalqının bu müharibədə qarşısına qoyduğu vəzifələr və s. məsələlərdən bəhs edən ədəbiyyatla komplektləşdirərək əhali arasında geniş təbliğat işi aparırdı.

    Bu illər ərzində kitabxananın oxucu gəlişi 3815 nəfər təşkil etmişdir. Bunların içərisində 132 nəfəri elmi işçi, 2529 həkim və 364 nəfəri isə orta tibb işçisi olmuşdur. Oxuculara verilən nəşrlərin sayı 8301 nüsxə olmuşdur. Müharibə illərində hərbi xəstəxanaların yaranması ilə tibb kitabxanalarının qarşısında da yeni vəzifələr dururdu. Oxucular arasında tibb bacıları daha fəal idilər. Onlar ilkin tibbi yardımın göstərilməsi ilə bağlı ədəbiyyata böyük maraq göstərirdirlər.

    Bu baxımdan kitabxana komplektləşdirilərkən ilkin tibbi yardıma həsr olunmuş, həmçinin əsgərlərin əhval-ruhiyyəsini qaldıran nəşrlərə xüsusi diqqət yetirilirdi.

             Müharibənin ilk illərində hərbi xəstəxanalar üzrə 140 nəfər oxucuya 1013 nüsxə ədəbiyyat verilmişdir.

             Həmin dövrlərdə kitabxanada təşkil olunan sərgilər bütünlüklə müharibəyə, onun ədalətsizliyinə, xalqın rəşadət və qəhrəmanlığına həsr olunmuşdur. Bunlara misal olaraq “Böyük Vətən müharibəsinin 3 ili”, “Malyariya”, “Yaranın sağalmasına dair ilk tibb yardım” və s. mövzuda olan sərgiləri qeyd etmək olar.

    1948-ci ildən başlayaraq kitabxana Azərbaycanda və Zaqafqaziyada tibb və səhiyyə məsələlərinə dair bütün dillərdə nəşr edilən ədəbiyyatın əldə edilməsinə xüsusi diqqət yetirir. Bu nəşrlər içərisində tibb elminin tarixinə dair ərəb, fars dillərində də nəşrlər vardır. Bu nəşrləri əldə etmək məqsədilə kitabxana bütün keçmiş sovet respublikaları ilə əlaqələr yaratmışdır. 1949-cu ildən tibbə dair Azərbaycan dilində nəşr edilən kitabları əldə etmək məqsədilə Bakı kitabxana kollektoru ilə müqavilə bağlayır.

             Beləliklə, 1946-1956-cı illər ərzində kitabxana öz fondunu dövrün tələbatına cavab verən qiymətli kitablarla komplektləşdirərək, oxucuların daha fəal çalışmalarına yaxından köməklik etmişdir. Həmin illər ərzində kitabxanada ictimai-siyası, tibb elmləri üzrə 80-ə qədər sərgi təşkil edilmişdir. Bu dövrdə kitabxanada keçirilən konfranslarda tibb elminin qarşısında qoyulan əsas məsələlər müzakirə edilmiş və münasib qərarlar qəbul edilmişdir. Bu qərarlara əsasən, kitabxana tibb sahəsində fəaliyyət göstərən və təhsil alan oxucuların bilik və ixtisas səviyyələrinin yüksəldilməsinə kömək göstərmişdir.

             Kitabxana-informasiya sistemləri informasiya mühiti ilə onun istifadəçiləri olan alim və mütəxəssislər arasında əlaqələndirici rol oynayır.

             Bu əlaqələndirici funksiyanı yerinə yetirmək məqsədilə AzDRETK öz istifadəçiləri ilə daimi əlverişli və müasir əlaqəni təşkil etmək üçün öz Web saytını yaratmış və istifadəçilərin ixtiyarına vermişdir.

    1963-1982-ci illər ərzində kitabxananın direktoru vəzifəsində olan R.S.Perelmanın rəhbərliyi ilə tərtib olunmuş «Здравоохранение Азербайджана» biblioqrafik göstərici 1970-ci ildə işıq görmüşdür. Göstəricidə 1830-1960-cı iilərdə nəşr olunan bütün elmi-tibbi nəşrlər (elmi məqalələr, monoqrafiyalar, dərsliklər, tədris vəsaiti və s.) burada sistemli şəkildə öş əksini tapmışdır. Onu da qeyd etmək lazımdır ki, R.S.Perelman tibb ictimaiyyətində tanınmış şəxsiyyətlərdən biri olmuşdur. 

    Kitabxananın köçmələri və təqribi ünvanları:

    1940-cı il - Neftçilər prospekti, Tibb işçiləri evi

    1960-cı il - Darvin küç., Azərbaycan Tibb Universitetinin inzabati binası

    1982-ci il - Azadlıq prospekti, indiki ABŞ səfirliyinin binası

    1992-ci il - Neftçilər prospekti, Tibb işçiləri evi

    2002-ci il - Ailə Sağlamlıq Mərkəzi

    2005-ci ildən bu günə qədər - Şərif- zadə küç., 196

    Kitabxananın direktorları:

    1940-cı il - Məryam Səmədova

    1960-ci illər - Əli Mehdiyev

    1963-1982-ci illər - Raisa Perelman

    1982-1986-cı illər - Sara Mirişova

    1986-1996-cı illər - Tamilla Əliyeva

    1996-2006-cı illər - Aniyə Abuzərova

    2006-2010-cu illər - t.e.n. Rəna Pirverdiyeva.

    Hazırda kitabxananın 8 şöbəsi vardır.

    Oxuculara daha dolğun informasiya xidmətinin həyata keçirilməsi üçün internet xidmətlərindən istifadə olunur. Əməkdaşlarımız oxuculara elmi-tibbi saytlardan istifadə edilməsi, müxtəlif mövzular üzrə sorğuların düzgün formalaşdırılması və bu sorğu üzrə axtarışın aparılması istiqamətində metodik köməklik göstərirlər. Hazırda intrenet xidməti ilə əlaqədar olaraq kitabxanaya müraciət edən oxucular arasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyasından keçmək üçün imtahanlara hazırlaşan oxucuların sayı üstünlük təşkil edir.

    Oxuculara göstərilən biblioqrafik xidmətə həkim-oxucularımız arasında maraq böyükdür. Biblioqrafik xidmət təkcə müxtəlif mövzu üzrə şifahi və yazılı arayışların hazırlanması ilə kifayətlənmir. Biblioqrafik xidmətə faktoqrafik informasiyanın verilməsi, ölkəşünaslıq soraq-axtarış sisteminin təşkili, müxtəlif aspektli (mövzü, yeni daxil olan ədəbiyyat) biblioqrafik göstəricilərin hazırlanması və ictimai istifadəsinin təşkili kimi xidmətlər də daxildir. Kitabxana-informasiya xidmətinin daha da təkmilləşdirilməsi üçün 2006-cı ildən tibbə dair müxtəlif mövzulu CD-lərdən ibarət fondun da təşkilinə başlanmışdır.

    Kitabxana istifadəçilərinin informasiya tələbatını tədqiq etmək məqsədilə müxtəlif tədbirlər aparılır. Buraya şifahi sorğular, anketləşdirmə daxildir. Anketləşdirmə əsasında oxucuların maraq və meylləri, tibb işçilərinin bu günki fəaliyyət istiqamətləri, ən müasir tibb sahələri aşkar edilir. Bu da, öz növbəsində, fondun komplektləşdirilməsində nəzərə alınır. Təbabət, digər elm sahələrinə nisbətən, daha intensiv inkişafdadır. Bu inkişafın əsas tendensiyalarını izləyərək fondun hərtərəfli komplektləşdirilməsi üçün tibbə dair müasir elmi nəşrlərin nəzərdən keçirilməsi daimi iş fəaliyyətimizə daxil olmuşdur.

    Tibb kitabxanaları şəbəkəsində Azərbaycan Dövlət Respublika Elmi Tibb Kitabxanası elmi-metodik mərkəzdir. Bununla əlaqədar olaraq, kitabxanaların metodik təminatı məsələsi də daha aktual problemə çevrilmiş və kitabxanaların bu fəaliyyət istiqaməti xeyli mürəkkəbləşmişdir.

    Elmi-metodiki şöbənin fəaliyyəti əsasən ölkəmizdə tibb kitabxanaları şəbəkəsinə metodiki köməklik göstərməkdən ibarətdir. Lakin buna baxmayaraq, bu şöbə də kitabxana-informasiya işinin təşkilində bilvasitə iştrak edir. Belə ki, həmin şöbə Respublikamızda, əsasən də regionlarda tibb kitabxanalarının fəaliyyətinə yardımçı olur, onların fondlarını bizim kitabxananın mübadilə fondu hesabına genişləndirməyə səy göstərir. Bu da, öz növbəsində, həmin kitabxanaların fondunun daha yeni aktual tibbi ədəbiyyatla komplekləşdirilməsinə və kitabxana-informasiya xidmətinin inkişafına səbəb olur.

    Elmi-metodik şöbə Respublikanın 93 tibbi və müəssisinin nəzdində fəaliyyət göstərən tibb kitabxanaları ilə çalışır. Bu kitabxanalar aşağıdakılardan ibarətdir. Elmi- Tədqiqat İnstitutları -13, Tibb məktəbi -11, Taun əleyhinə stansiya və onun şöbələri - 5, Bakı Şəhər Kliniki xəstəxana - 8, Sanatoriyalar - 2, ŞMX - 6, MRX -39. Həmin siyahıya daxil olan Naxçıvan Muxtar Respublikasında ümumiklə 9 tibb kitabxanası vardır. Həm Bakıda yerləşən, həm də regionlarda bu kitabxanalarla əlaqələri möhkəmlətmək məqsədilə tez-tez yerlərə gedişlər, ezamiyyət səfərləri təşkil olunur. Yerlərə gedişlər zamanı metodik köməklik göstərilir ki, bu köməkliyin məzmunu kitabxana işçilərinin təlimatlandırılmasından ibarət olur. Bundan başqa, metodistlər ezamiyyət dövründə müvafiq ərazidə işləyən tibb və səhiyyə işçiləri ilə görüşüb onlara Respublikada fəaliyyət göstərən tibb kitabxanaları şəbəkəsi, həmin kitabxanaların kitabxana-informasiya xidməti səviyyəsi haqqında məlumat verir, oxucular Azərbaycan Respublikası Dövlət Elmi Tibb Kitabxanasından KAA yolu ilə müntəzəm surətdə yeni ədəbiyyat almaq imkanlarını izah edirlər. Bundan əlavə, kitabxanalarla zona seminar-treniniq məşğələlər keçirilir.

    Bundan əlavə elmi-metodik şöbə ayrı-ayrı regionlardan tibb kitabxanaçılarının kitabxanamızda əlavə hazırlıq keçməsinə kömək edir, yeni informasiya texnologiyaları, kitabxanada tətbiq olunan ənənəvi və yeni kitabxana-informasiya sistemləri ilə tanış edir. Belə məşğələlər bitdikdən sonra iştirakçılara onların əlavə təlimləndirilməsi haqqında arayış verilir.

    Kitabxananın tərkibində 74 yerlik konfrans zalı, 45 yerlik oxu zalı vardır. Hazırda kitabxana fondu 485859 nüsxə ədəbiyyatdan ibarətdir. Kitabxanaya 4016 oxucu gəlişi, 22457 kitab verilişi qeydə alınmışdır. Kitabxanada əsas fondla yanaşı 595 nüsxə fondu  olan Ümumdünya Səhiyyə Təşkilatının fondu, 435 nüsxə fondu olan nadir nəşrlər fondu, son ili əhatə edən kitab və dövrü nəşrlərdən ibarət yeni nəşrlər fondu, depozitar və arxiv fondu vardır. Fonda azərbaycan, rus, inglis, alman və başqa dillərdə kitablar, dərsliklər, dövrü nəşrlər, soraq ədəbiyyatı, rəhbərliklər və s. daxildir. 2011-ci ildə kitabxana fonduna 1290 nüsxə ədəbiyyat daxil olmuşdur. Kitabxanada ümumi fond, fəal fond, xarici ədəbiyyat fondu ilə 1850-1912-ci illəri əhatə edən nadir və qiymətli nəşrlər fondu, arxiv fondu, depozitar fondu da təşkil edilmişdir. Nadir və qiymətli nəşrlər fondunda F.K.Dondersin “Физиология человека” (1860), F.L.Vallenin “Руководство по терапии” (1857), V.M.Tarkovskinin “Курс венерических болезней” (1870) və s. əsərləri öz əksini tapmışdır ki, bu da tarixi-tibb baxımdan çox qiymətli, əvəzsiz nəşrlərdir.

    AzDRETK-da aşağıdakı növ kataloq və kartotekalar var: əlifba kataloqu, sistemli kataloq (həmçinin xarici şöbədə əlifba və sistemli kataloqu), şəxsiyyətlərə həsr edilmiş kataloq, avtoreferatlar kataloqu, "Yeni ədəbiyyat" kataloqu, ölkəşünaslıq əlifba və sistemli kataloqu, dövrü nəşrlərin kartotekası, oxucu kartotekası. Sistemli kataloq əsas soraq-axtarış aparatı hesab olunur. Sistemli kataloqun xarakterik xüsusiyyəti ondan ibarətdir ki, burada bütün növ ədəbiyyat (monoqrafiyalar, elmi işlər, toplular, dərsliklər, avtoreferatlar, broşurlar, instruktiv-metodiki materialların təsvirləri, jurnalların analitik təsvirləri) elm sahələri üzrə əks olunur.

    Hazırladığımız müxtəlif səpgili kitab sərgiləri oxucular arasında maraq doğurur. Sərgilər yeni daxil olan nəşrlər, Respublikamızın görkəmli həkim-alimlərinə həsr olunmuş nəşrlər, müxtəlif əlamətdar hadisələr, aktual tibbi mövzulara həsr olunmş ədəbiyyatdan təşkil olunur. 2015-ci il üzrə keçirilən 45 adda müxtəlif mövzulu kitab və digər nəşrlərin sərgilərində 1471 adda ədəbiyyat təbliq edilmişdir.

    2008-ci ildə Azərbaycan Mədəniyyət və turizm Nazirliyi tərəfindən “Kitab abidələri haqqında” əsasnamə qəbul edilmişdir. Həmin əsasnaməyə müvafiq olaraq, Səhiyyə Nazirliyin Dövlət Elmi Tibb Kitabxanasının fondundan 1899-1988-ci illəri əhatə edən 38 nüsxə ədəbiyyat toplanmışdır. Bu nəşrlər təqdim olunan forma əsasında doldurulmuş və aidiyyatı üzrə göndərilmişdir. Həmin nəşrlər içərisində dərsliklər, monoqrafiyalar, hesabatlar və lüğətlər var idi.

     2011-2012-ci illər kitabxana fəaliyyətinin avtomatlaşdırılması baxımından zəngin olmuşdur. Bu illərdə kitabxanada öz İP ünvanı olan lokal kompüter şəbəkəsi yaradılmışdır. Hazırda bu şəbəkə genişləndirilməkdə davam edir.

    2013-cü ildən kitabxanada lokal kompüter və internet şəbəkəsi təşkil olunmuşdur.

    Həmin şəbəkə vasitəsilə İRBİS-64 kitabxana-informasiya proqramının kataloqlaşdırma və komplektləşdirmə modulları ilə iş başlanmışdır. Bununla əlaqədar olaraq, kitabxananın müvafiq sahələrində çalışan əməkdaşlar kitabxanada keçirilən treninq məşğələlərdə iştirak etmişlər. Bundan başqa, İRBİS-64 proqramı ilə fəaliyyətə həsr olunmuş başqa treninq məşğələlərindən kurs keçmişlər.

    Azərbaycan Respublika Dövlət Elmi Tibb kitabxanasında artıq elektron kataloq təşkil edilmişdir. Kitabxanaya elektron kataloqun təşkili üçün İRBİS-64 kitabxana-biblioqrafiya proqramı alınmışdır. Həmin proqramın administrator, oxuculara xidmət, kitabxana fondunun komplektləşdirilməsi modulları əldə edilmişdir. Hazırda 58 adda jurnal, 6 adda qəzet elektron kartotekaya, 4115 nüsxə kitab, 14029 məqalə elektron kataloqa, 3500 nüsxə ədəbiyyat elektron komplekləşdirmə moduluna daxil edilmişdir. Kitabxanada alınan yerli, xarici  jurnal və qəzetlərin 14029 məqaləsinin analitik təsviri elektron kataloqda öz əksini tapmışdır. Artıq kitabxananın yeni nəşrlər fondu, Ümumdünya Səhiyyə Təşkilatının nəşrlərindən ibarət kitab fondu tam olaraq elektron kataloqa salınmışdır. 

    19 dekabr 2014-cü ildə Azərbaycan Respublikası Səhiyyə Naziri Cənab Oqtay Şirəliyev tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan kitabxana-informasiya şəbəkəsinin təkmilləşdirilməsi barədə Əmr imzalanmışdır. Əmrin icrası üzrə vahid elektron tibb kitabxana şəbəkəsinin yaradılması və elektron kataloqların genişləndirilməsi məqsədilə yeni kitabxana-informasiya proqramı yaradılmışdır. Hazırda kitabxananın yeni internet saytı üzərində işləyirik. Bu saytda Səhiyyə Nazirliyinin tabeliyində olan tibb kitabxanası şəbəkəsinin vahid elektron toplu kataloqunun təqdim edilməsi planlaşdırılır. Proqram hazırlanıb sona yetmişdir, artıq bizim kitabxanada işlər başlamışdır. Proqramın tibb kitabxanalarında tətbiq edilməsi məqsədilə treninqlər, məşğələlər keçirilir, həmin kitabxanaların maddi-texniki baza və proqram təminatına metodik köməklik göstərilir.

      Bundan başqa, kitabxanamızın əməkdaşları elektron kataloq və elektron kitabxanaların təşkili istiqamətlərində bilik və bacarıqlarının artırılması, başqa kitabxanaların bu istiqamətdə təcrübələrinin öyrənilməsi məqsədilə müntəzəm olaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kitabxanası tərəfindən təşkil edilən treninq məşğələlərdə iştirak edirlər.

       Kitabxanada elmi-tədqiqatçılıq işləri də aparılır. Hazırda kitabaxananın iki fəlsəfə doktoru elmi dərəcəsi almış əməkdaşı vardır. Daha iki əməkdaşımız AMEA-ın Füzuli adına Əlyazmalar İnstitutunun dissertantıdır. Bununla yanaşı əməkdaşlarımız arasında tibb kitabxanalarının avtomatlaşdırılması, soraq-biblioqrafiya aparatının hazırlanması, tibb kitabxanaları şəbəkəsində kitab fondunun təşkili, yoxlanması, mühafizəsi və s. məsələlərə dair tədqiqatlar aparılır.

    Bunlarla yanaşı olaraq, kitabxana müntəzəm olaraq Azərbaycan Milli Kitabxanası, Prezident kitabxanası, Milli Akademiyasının Mərkəzi Elmi Kitabxanası və başqaları tərəfindən kitabxana-informasiya məsələrinə dair tədbirlərdə iştirak edir.

    Hər il kitabxanada Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakultəsinin tələbələri istehsalat təcrübəsi keçirlər. Təcrübələrin davametmə müddəti 7 gündən 1 aya qədər ola bilir. Bundan başqa, Universitetin tibb kitabxanaları istiqamətində tədqiqatlar aparan tələbə və dissertantlarına da elmi-metodik köməklik göstərilir, onların tədqiqatçılıq fəaliyyətinə dəstək oluruq.

    Kitabxana haqqında nəşrlər

    • Azərbaycan Dövlət Respublika Elmi Tibb Kitabxanası. Yaddaş. / Tərtib edən Z.R.Əzimova / Redaktor T.M.Əliyeva. Bakı: Kommunist nəşriyyatı, 1990, 24 s.
    • Azərbaycan Dövlət Respublika Elmi Tibb  Kitabxanası. Buklet. Bakı, 2006
    • Azərbaycan Respublikası Səhiyyə Naziliyi Respublika Dövlət Elmi Tibb Kitabxanası / Baş red. R.A.Pirverdiyeva. Bakı, 2009
    • Cəfərov M. Azərbaycan Dövlət Elmi Tibb Kitabxanası // Bakı: Kommunist, 1956, 31 mart
    • İradə Zülfəli qızı. 70 illik zəka mənbəyi // Respublika, 2009, 19 noyabr
    • İradə Zülfəli qızı. 70 yaşlı zəka ocağı // Xalq qəzeti, 2009, 16 dekabr 
    • Mehdiyev Ə.Ə. Azərbaycan Dövlət Elmi Tibb Kitabxanası // Bakı: Kommunist, 1949, 1 yanvar
    • Məmmədov N. Ümumdünya sağlamlıq günü // Konsilium, 2012, №3, s.32-33
    • Qazıyeva E., Pirəliyeva Y. Müasir dövrdə Azərbaycan Dövlət Respublika Elmi Tibb  Kitabxanasında elmi-metodik fəaliyyətin təşkili // Kitabxana.az, 2009, №6, s.10-12
    • Pirverdiyeva R.A., Pirəliyeva Y.U. Azərbaycan Dövlət Respublika Elmi Ttibb Kitabxanasında oxucularla işin spesifik xüsusiyyətləri // Kitabxanaşünaslıq və bibloqrafiya, 2008, №2, s.110-114
    • Pirəliyeva Y.U. Müasir dövrdə Azərbaycan Dövlət Respublika Elmi Tibb Kitabxanasında kitabxana-informasiya xidmətinin təşkilinin əsas aspektləri // Kitabxana. az, 2008, №2, s.16-18
    • Pirəliyeva Y.U. Tibb kitabxanaçıları yenə də birlikdə // Kitabxana.az, 2008, №2, s.19-20
    • Pirverdiyeva R.A., Pirəliyeva Y.U. Azərbaycan Dövlət Respublika Elmi Tibb Kitabxanasının təşkli və fəaliyyət tarixi  // Azərbaycan tibb jurnalı, 2009, №4, s.159-160
    • Pirverdiyeva R.A. Oxucuya “yox” deməyək // Konsilium, 2010, s.36-38
    • Bibilioterapiya. Kitabın işarəsinin verilməsi qaydası. Kitabın elmi və texniki işlənmməsi / Tərtibçi: E.A.Qazıyeva; İxtisas redaktoru: Y.U.Pirəliyeva; Kompyuter yığımı: E.P.Əhmədova. Bakı, 2006, 8s.

    • Tibbə dair tarixi əlamətdar günlər / Tərtib edənlər: Y.U.Pirəliyeva, E.A.Qazıyeva.  Bakı, 2008, 51 s.
      Tibb kitabxanalarında əyani təbliğat vasitələrinin təşkili / Tərtib edənlər: E.A.Qazıyeva, Y.U.Pirəliyeva. Bakı, 2008, 16 s.

    • Tibb kitabxanalarında kataloq sisteminin təşkili / Tərtib edən: İ.Z.Əliyeva / Baş red. t.e.n. R.A.Pirverdiyeva. Bakı, 2010, 21 s.

    • Азербайджанская Государственная Республиканская Научная Медицинская Библиотека. Буклет. Баку, 2006
    • Здравоохранение и медицина Азербайджана. Библиографический указатель литературы (1920-1960) / Составители: Р.С.Перельман, М.Г.Мусаева, Л.И.Горник и др. I том. Баку: Азербайджанское Государственное из-во, 1977, 382 с.
    • Здравоохранение и медицина Азербайджана. Библиографический указатель литературы (1830-1920) / Составители: Р.С.Перельман, И.Т.Манафов, С.М.Маштыгина, Л.А.Семыкина и др. II том. Баку: Азербайджанское Государственное из-во, 1979, 299 с.
    • Здравоохранение и медицина Азербайджана. Библиографический указатель литературы (1920-1960). III том. Баку: Азербайджанское Государственное из-во, 1980, 380 с.
    • Перельман Р.С. Азербайджанская Государственная Научная Медицинская Библиотека Министерства Здравоохранения Азерб. ССР // Азербайджанский медицинский журнал, 1960, №2, с.71-73
    • Степанова Н.И., Ахмедова Э.П. Азербайджанская Государственная Республиканская Научная Медицинская Библиотека - вчера, сегодня, завтра // Современные достижения азербайджанской медицины, 2010, №1, с.160-162

    Elektron kartotekaya daxil edilən jurnalların siyahısı


    Jurnalların adı

    1.

    Акушерство и гинекология

    2.

    Ангиология и сосудистая хирургия

    3.

    Анестезиология и реаниматология

    4.

    Аргументы и факты

    5.

    Azərbaycan

    6.

    Azərbaycan Allerqologiya və klinik immunologiya jurnalı

    7.

    Azərbaycan Əczaçılıq və farmakoterapiya jurnalı

    8.

    Azərbaycan Metabolizm jurnalı

    9.

    Azərbaycan Ortopediya və travmatologiya jurnalı

    10.

    Azərbaycan Psixiatriya jurnalı

    11.

    Azərbaycan Təbabətinin müasir nailiyyətləri

    12.

    Azərbaycan Tibb Jurnalı

    13.

    Биомедицина

    14.

    Биомедицинская химия

    15.

    Бюллетень экспериментальной биологии и медицины

    16.

    Вестник ЗОЖ

    17.

    Вестник оториноларингологии

    18.

    Вестник офтальмологии

    19.

    Вестник психотерапии

    20.

    Вестник рентгенологии и радиологии

    21.

    Вестник травматологии и ортопедии им. Н.Н.Приорова

    22.

    Вестник хирургии им. И.И.Грекова

    23.

    Вопросы вирусологии

    24.

    Вопросы онкологии

    25.

    Врач

    26.

    Гематология и трансфузиология

    27.

    Гигиена и санитария

    28.

    Грудная и сердечно-сосудистая хирургия

    29.

    Журнал акушерства и женских болезней

    30.

    Журнал Вопросы нейрохирургии им. Н.Н.Бурденко

    31.

    Журнал микробиологии, эпидемиологии и иммунологии

    32.

    Журнал неврологии и психиатрии

    33.

    Иммунология

    34.

    Клиническая медицина

    35.

    Казанский медицинский журнал

    36.

    Кардиология

    37.

    Клиническая дерматология и венерология

    38.

    Клиническая лабораторная диагностика

    39.

    Медицинская газета

    40.

    Медицинская радиология и радиационная безопасность

    41.

    Milli Nevrologiya jurnalı

    42.

    Научные и технические библиотеки

    43.

    Нефрология и диализ

    44.

    Oftalmologiya

    45.

    Педиатрия

    46.

    Проблемы эндокринологии

    47.

    Российский вестник перинатологии и педиатрии

    48.

    Российский журнал гастроэнтерологии, гепатологии, колопроктологии

    49.

    Российский медицинский журнал

    50.

    Pain

    51.

    Стоматология

    52.

    Cərrahiyyə

    53.

    Терапевтический архив

    54.

    Токсикологический вестник

    55.

    Туберкулез и болезни легких

    56.

    Təbib

    57.

    Tibb qəzeti

    58.

    Ультразвуковая и функциональная диагностика

    59.

    Урология

    60.

    Фармация

    61.

    Хирургия им. Н.И.Пирогова

    62.

    Эндоскопическая хирургия

    63.

    Эпидемиология и инфекционные болезни

    64.

    European Journal of Cardiothoracic Surgery

    65.

    Interactive Cardiovascular and Thoracic Surgery

    66.

    Sağlamlıq